Sunday, February 3, 2013

Rüstəm Cəbrayılov VIKIPEDIYA


Rüstəm Cəbrayılov

Rüstəm Abil oğlu Cəbrayılov — dünya şöhrətli azərbaycanlı model

Həyatı

Rüstəm Cəbrayılov 8 iyun 1986 ildə Ukraynanın Luqansk şəhərində azərbaycanlı Abil və Sona Cəbrayılovlar ailəsində anadan olub. Evin ən böyük övladıdı. Onun 5 yaşı olanda ailəsiylə Bakıya köçüb. Azərbaycanda orta məktəbi bitirəndən sonra 2004 ildə Bakı Dövlət Universitetinin coğrafiya fakultəsinə daxil olub. 2008 ildə universiteti bitirəndən sonra coğrafiya müəllimi kimi işləyib.

[redaktə]Karyerası

İlk dəfə modellik karyerasına Rüstəm 2005-ci ildə başlayıb, xoş bir təsadüf nəticəssində. Təhsil aldığı BDU universitetinə getdiyi zaman ona 2 nəfər yaxınlaşdı və dedilərki, biz reklam çəkilişinə cəmiyətin içindən insanlar axtarırıq, siz isə bu kateqoriyaya uyğun gəlirsiniz. Elə o andada şəklini çəkib, nömrəsində alıb getdilər. Bir həftədən sonra Rüstəmə zəng edib dedilərki, sizi çox bəyənmişik və istərdikki sizinlə birlikdə çalışaq. O zaman ona televiziyada ölkənin ən böyük telekommunikasiya şirkətli olan «Azercell»in reklam çarxlarına çəkilməyi təklif olunub. Və bu uğrundan sonra Rüstəmə«The Best Model of Azerbaijan» milli model müsabiqəsinin seçmə turlarında iştirak etmək təklif olunub.
2006 ilin noyabr ayında Azərbaycanın xalq artisti Aygün Kazımovanın rəhbərliyi altında «The Best Model Of Azerbaijan 2006» milli model müsabiqəsinə qoşulub və bu yarışın qalibi olub. Rüstəm birinci olacağını təsəvvürünə belə gətirmirdi. Lakin münsiflər heyyəti tərəfindən 14 iştirakçı içində seçilib birinci olandan sonra özünə söz verib ki, çalışacam ki: "həmişə və hər yerdə birinci olum!" Müsahibələrinin birində dedi: "Mən sözümün üstündə durdum və qazandım!".
Çox təəssüfki, 2006 ildə Azərbaycanı dünya yarışmasında təmsil etmək müəyyən səbəblərdən ona qismət olmadı. Amma buna baxmayaraq, 2007 ilin noyabrında milli model müsabiqəsi olan"Best Model of Azerbaijan"ın prezidenti Nahid Kabakçı və azərbaycanlı modelyer Fəxriyyə Xələfovanın rəhrəbliyi altında «The Best Model Of Azerbaijan 2007» keçirildi. Özünü sınamaq üçün Rüstəm ikinci səfər bu yarışmaya qoşuldu. Bu yarışıda uğurla başa vurub yarışın qalibi olub, müsabiqənin əsas mükafatını qazandı və elə 2007 ildə Azərbaycan dövləti adından Türkiyəyə nüfuzlu beynəlxalq model yarışması olan «Best Model of the World 2007» yarışmasına vəsiqə qazandı. 2007 ilin dekabrında İstanbul şəhərində keçirilən «Best Model of the World 2007» yarışmasının 90 ölkədən olan iştirakçıları arasında birincilik titulun və dünya moda aləminə vəsiqəsin qazandı.
Rüstəmin bu uğurundan sonra onu 2007-ci ildə Türkiyədə kino şirkətləri film və seriallara əsas aktyor kimi çəkilməyə təklif ediblər. Amma çox təəssüfki həmin il dünya iqdisadi böhran baş verdiyi üçün təklif aldığı filmlərin çəkilişləri dayandırıldı və Rüstəm vətəni Azərbaycana dönəsi oldu. Bakıdada modellik karyerasını davam etdi. Bakıda yerli və xarici şirkətlərin: «Nissan», «Çinici Collection», «Samsung», «Safe life Azerbaijan» və s. şirkətlərin reklam çarxlarında çəkilir.

[redaktə]ABŞ həyatı

2012-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə köçür. Modellik aləminin tam incəliklərini öyrənmək üçün Nyu Yorkun xüsusi modellik məktəbinə daxil olur. Əlavə isə aktyorluq dərsləri keçir. Gələcək karyerasını kinoyla əlaqələndirir. Hal-hazırda isə Rüstəm "Red Model Management New York City" moda agentliyində model işləyir.
2012-ci il Rüstəm üçün uğurlu bir il oldu. Nyu Yorkda dünyaşöhrətli amerikalı modelyer Mixail Bastianın moda sərgisi oldu. Rüstəm o sərginin açılışın etdi və podiumda Maxail Bastianın dəbli kişi geyimi kolleksiyalarını nümayiş etdi. Amerikalı modelyer Adrian Alisin «Haute Couture Fashion Show 2012» moda sərgisinin "yeni 2012 kolleksiyası"nın nümayişin etdi. Eyni zamanda məhşur amerikalı stilist, kostum rəssamı və dizayner Patrisia Fildin "W-shop" kişi kolleksiyalarının nümayişində edib. Hal-Hazırda isə Rüstəm Cəbrayılovu Nyu Yorkun kişi geyimləri «Century 21»şirkətinin əsas reklam çarxlarında və böyük ticarət mərkəzlərində göstərilər. 2012-ci ildən «Century 21» firmasının reklam simasıdır. Nyu Yorkun əsas və böyük mərkəzi rayonu olan Manhattanda,"Times Square" meydanının reklam çarxlarında, plakatlarında firma geyimlərinin reklamları gedir.
2012-i ilin dekabrında sənədlərini Nyu Yorkun "Kingsborough Community College" kollecinə verdi və qəbul oldu. 2013-cü ildən kollecin tələbəsi kimi ikinci ali təhsili alacaq.

[redaktə]Digər layihələri

2012 ildə Rüstəm Cəbrayılovu dünyanın ən nüfuzlu, ən məhşur və ən dəbdəbəli brend kolleksiyalarının simasına əlavə etdilər:
1. Moda sənayesi: «Brioni», «Gucci», «Yves Saint Laurent», «D&G», «Marc Ecko», «Çinici Collection», «Century 21»
2. Moda nümayişi: «Proexport/Columbia fashion show», «Adrian Alice fashion show», «Misheal bastian fashion show», «Calvin Klein fashion show»
3. Reklam kompaniyaları: «Cream & Chillingworth», «Radding(lenox bridal shoot)», «Sandro campaign Paris», «Safe life Azerbaijan», «Azercell», «Nissan», «Samsung»
4. Jurnalların üz hissəsi: «Viral fashion magazine», «Time Out magazine», «New York magazine», «Psychology Today», «Wedding magazine», «Details magazine», «Dew magazine», «New york magazine», «Vouge magazine»…

[redaktə]Mənbələr

[redaktə]Linklər

No comments:

Post a Comment