Sunday, December 23, 2012

F.A VIDA”


F.A VIDA”
2012-ci il dekabr ayının 27, 28, 29 və 30-u Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev “F.A VIDA” adlı solo konsertini keçiriləcək.

Layihənin rəsmi Dəstəkçisi və əsas Sponsoru - “Nar Mobile”dır.
Konsertin təşkilati dəstəkçiləri - “DİVAN EXPRESS" oteli və "MyVideo.az".

İnformasiya dəstəyi Day.Az, Milli.Az portallarına və Trend İnformasiya Agentliyinə aiddir.
Konsertin ideya müəllifi Anar Əsgər, bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri Rüstəm Zeynallıdır.
Poster üçün fotosessiya – Səməd İsmayılzadə.
Afişa və posterlərin kreativ dizaynı, konsertdə yayımlanacaq vizual görüntülərin müəllifi – Elrənq Əliyevdir.

Konsertin audio-reklamının səsləndirilməsində tanınmış TV və Radio aparıcıları – Kamilə Babayeva, Aqil M.Quliyev, Lalə Əlimuxtarova, Nəsib Nur, Mətanət Əliyeva və Şəhriyar Əbilov iştirak ediblər.

“F.A VIDA”-da Faiq Ağayevi «Spider» şou-baleti (bədii rəhbər Andrey Babiç) və xüsusi dəvət olunmuş rəqqaslar müşayiət edəcək.
“Back-vocal”çılar, rəqqaslar, musiqiçilər və Xalq Artisti Faiq Ağayev üçün modelyer Renat Ramazanov tərəfindən xüsusi geyim kolleksiyası hazırlanıb.
Xüsusi videolar – Nisulik Cəfərova, Mahir Rəhimov, İlham Yaşaroğlu və Ramiz Hüseynova aiddir.
Aranjemançılar – Givi Usenaşvili və Yaşar Baxış.
İşıq üzrə baş rəssam – Türkiyədən dəvət olunmuş mütəxəssisdir.
“F.A VIDA” 4 hissədən ibarət olacaq və konsert zamanı 21 mahnı, 4 Meqamiks olmaqla, ümumilikdə 25 musiqi nömrəsi ifa olunacaq.
56 nəfərdən ibarət işçi qrupunun çalışacağı konsertlərin ümumi büdcəsi 250.000 manat civarındadır.
Xüsusi təşəkkürlər:
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
- Heydər Əliyev Sarayı,
- Bakı Metropoliteni,
- ATV,
- Antenn FM,
- Media FM,
- “Park Bulvar” AVM
- “Metro Park” AVM
Konsert zamanı eyni zamanda musiqisi Nailə Mirməmmədli, sözləri Xuraman Vəfa, aranjımanı Yaşar Baxışa aid olan “Əlvida” mahnısına çəkilmiş klip də nümayiş olunacaq.

Klipin rejissoru Əməkdar İncəsənət xadimi Ülviyyə Könül, operatoru Elmir Süleymanov, montaj və post-prodakşn Ramiz Hüseynov, geyim üzrə rəssam və stil – Renat Ramazanov, makiyaj üzrə rəssam – Nigar İbrahimovadır.
Klipdə Faiq Ağayevin tərəf müqabili olaraq, tanınmış teleaparıcı (ATV, 10lar verilişi) Afaq Gəncəli çəkilib.
Xüsusi təşəkkürlər:
- Azərbaycan Dövlət Filarmoniyası.
Klip 16 dekabr tarixində Bakı şəhərində lentə alınıb. Çəkilişin ümumi müddəti 12 saatdır.

Beləliklə, 2012-ci ilin 27-30 dekabr tarixlərində, 5 illik fasilədən sonra Xalq Artisti Faiq Ağayev möhtəşəm, iddialı və ənənəvi 100% F.A keyfiyyətli solo konsert proqramı ilə qarşınızda olacaq. 25 illik səhnə fəaliyyəti dövründə ən məsuliyyətli addım – “F.A VIDA”... Nöqtəni yerində qoymaq gərək!




No comments:

Post a Comment